Xalq artisti Röya Ayxan həmkarı Aygün Kazımovanın qızını təbrik edib.
Yenisabah.az xəbər verir ki, Kazımovanın özü də bir neçə gün əvvəl məkanlardan birində çıxış edən qızı İlqarəni sosial şəbəkə hesabında təbrik edib.
O, qızı ilə fotosunu paylaşaraq yazıb: "Qızım, uğurların bol olsun. Atdığın hər addımında, hər bir seçimində yanındayam, arxandayam. Sənə dəstəyəm, mənim ürəyim". pizza mizza
Paylaşıma Röya Ayxan da səssiz qalmayıb. O, həmkarına bu sözlərlə dəstək verib: "Maşallah. Bəli, övladlarımız hansı sənəti seçərsə, biz hər zaman onları dəstəkləməliyik. Aygün Kazımova, təşəkkürlər nümunə üçün".
Xatırladaq ki, müğənnillər illər əvvəl qalmaqal yaşamışdı. Onların barışdığı deyilsə də heç vaxt bir araya gəlməyiblər.
Pərəstişkarları Röyanın bu addımını alqışla qarşılayıblar.
Telegram kanalımız