Rusiyadan ABŞ və Avropaya milyonlarla dollar -   ARAŞDIRMA

saytların hazırlanması

Evə çatdırılma

Rusiyadan ABŞ və Avropaya milyonlarla dollar - ARAŞDIRMA

Dünya

24 Sentyabr 2026 07:02 85


Rusiyanın iri dövlət və dövlətə yaxın şirkətləri ilə işləyən reklam platformasının sahiblərinin qazandıqları vəsaitləri müxtəlif şirkət və investisiya fondları vasitəsilə ABŞ və Avropadakı bizneslərə yönəltdikləri iddia olunur. Araşdırmada Estoniyada əməkdaşı olmayan şirkətdə milyon avrodan artıq investisiya aktivlərinin görünməsi də diqqət çəkir.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Rucriminal araşdırma yayıb.

Söhbət reklam trafikinin alınması üçün nəzərdə tutulan BIDIZ mobil platformasının ortaq sahibləri Boris Abayev və Aleksandr Kukuliyevdən gedir. Mənbənin məlumatına görə, platformanın iri müştəriləri arasında “Sberbank”, “Rostelekom” və VK kimi şirkətlər var. Toyuqlu pizza

Araşdırma müəllifləri iddia edirlər ki, Abayev və Kukuliyev Rusiyada, o cümlədən sanksiyalara məruz qalmış dövlətə yaxın hüquqi şəxslərin reklamına xidmət göstərməklə gəlir əldə edir, paralel olaraq ABŞ və Avropada biznes fəaliyyəti aparırlar.

Mənbənin məlumatına görə, sahibkarların yüksəlişində milyarder Oleq Boyko da rol oynayıb. Onun Finstar Financial Group şirkəti 2016-cı ildə Abayev və Kukuliyevin “Rocket10” layihəsini maliyyələşdirib.

2019-cu ildən isə iş adamlarının Betastage Capital adlı vençur fondu fəaliyyət göstərir. Araşdırma müəllifləri bildirirlər ki, “Sberbank”, VK və digər Rusiya şirkətlərindən əldə edilən vəsaitlərin bir hissəsi bu fond vasitəsilə dünyanın müxtəlif ölkələrindəki layihələrə yatırılıb.

Betastage Capital-ın investisiya qoyduğu şirkətlərdən biri Kazanda qeydiyyatdan keçmiş “Klik Ştorm” MMC-dir. Kibersport tədbirlərinin təşkili və reklamı ilə məşğul olan şirkətin təsisçisi və ortaq sahiblərindən biri Kazanlı sahibkar Aleksey Talandır.

Şirkətin ABŞ-da Storm Group Inc. adlı hüquqi şəxsi də yaradılıb. O, korporativ qeydiyyat qaydaları ilə tanınan Delaver ştatında qeydiyyatdan keçib. Araşdırmaya görə, “Klik Ştorm”un onlayn platformaları məhz bu şirkətə məxsus olub.

Storm Group Inc.-in əlaqələndirici şəxsi kimi Raymond R. Williams III göstərilir, şirkətin faktiki təsisçilərinin kimliyi isə açıq məlumatlarda göstərilmir.

Betastage Capital Rusiyada qeydiyyatdan keçmiş “Kibernetika” MMC-yə də sərmayə yatırıb. Bu şirkətin əvvəlki təsisçisi “Rocket10” olub. “Rocket10”un təsisçisi isə Kiprdə qeydiyyatdan keçmiş Wellus Limited şirkəti idi. Hazırda “Kibernetika”nın 10 faizlik payının birbaşa Aleksandr Kukuliyevə məxsus olduğu bildirilir./Musavat.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!