Rusiyalı haker barədə məlumata görə 10 milyon dollar 

saytların hazırlanması

Evə çatdırılma

Rusiyalı haker barədə məlumata görə 10 milyon dollar 

Dünya

17 May 2023 07:55 821


ABŞ Dövlət Departamenti kiber qəsbdə şübhəli bilinən rusiyalı Mixail Matveyev ilə bağlı məlumat üçün 10 milyon dollara qədər mükafat elan edib.

Müvafiq bəyanat ABŞ Departamentinin saytında dərc olunub.

Dövlət Departamenti iddia edir ki, Matveyev ABŞ-ın hüquq-mühafizə orqanlarına, müəssisələrinə və bütün dünyada kritik infrastruktur obyektlərinə qarşı yönəlmiş virus proqramları ilə bağlı insidentlərdə iştirak edir. Pepperoni pizza

Birləşmiş Ştatların Maliyyə Nazirliyi də rusiyalıya qarşı sanksiyalar tətbiq edib.

Dövlət Departamenti həmçinin bildirib ki, Rusiya kibercinayətkarlar üçün təhlükəsiz sığınacaq və hakerlərin rahat şəkildə kiber əməliyyatlar keçirə biləcəyi bir mühitə çevrilib.

Qeyd edək ki, Matveyev haqqında onun 1992-ci ildə anadan olduğu, Kalininqradda qeydiyyatda olduğu və “BORISELCIN” və “WAZAWAKA” adları ilə fəaliyyət göstərdiyi məlumdur. /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!