Gürcüstanın sabiq prezidenti, vətənində həbs cəzası çəkən Mixail Saakaşvili özünün Facebook səhifəsində erməni və gürcü dillərində Gürcüstanın erməni vətəndaşlarına müraciət edib.
Yenisabah.az Modern.az-a istinadən xəbər verir ki, Saakaşvili onları hakimiyyətdən qorxmamağa, seçkiyə getməyə və 26 oktyabrda müxalifətə səs verməyə çağırıb.
Xatırladaq ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 26-da keçiriləcək. pizza
Hakim “Gürcü arzusu” qələbə qazanacağı təqdirdə Saakaşvilinin qurduğu müxalifət partiyasını konstitusiyaya zidd kimi tanıyacaqlarını və Gürcüstanda fəaliyyətini qadağan edəcəklərini açıqlayıb.
Telegram kanalımız