Sabah AMEA-da Ramiz Mehdiyevin məsələsinə baxılacaq

saytların hazırlanması

Evə çatdırılma

Sabah AMEA-da Ramiz Mehdiyevin məsələsinə baxılacaq

Siyasət

24 Fevral 2026 09:29 367


Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) fevralın 25-də Ramiz Mehdiyevin məsələsinə baxılacaq.

"Yeni Sabah" Report-a istinadla xəbər verir ki, sabah AMEA-nın Rəyasət Heyətinin iclası keçiriləcək və gündəliyə daxil olan iki məsələdən biri Ramiz Mehdiyevin AMEA-nın həqiqi üzvlüyündən xaric edilməsidir.

İclasda müzakirə ediləcək ikinci məsələ AMEA-nın illik hesabatının dinlənilməsidir. pizza sifarişi

DTX-də başlanan cinayət işi ilə bağlı Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

Onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!