Sabah hava necə olacaq? -    Bakıda yağış və külək gözlənilir

saytların hazırlanması

Evə çatdırılma

Sabah hava necə olacaq? - Bakıda yağış və külək gözlənilir

Sosial

15 May 2022 12:32 583


Milli Hidrometeorologiya Xidməti mayın 16-da gözlənilən hava proqnozunu açıqlayıb.

Yenisabah.az xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, şimal-qərb küləyinin gündüz saatlarından arabir güclənəcəyi gözlənilir.
Havanın temperaturu gecə 14-17° isti, gündüz 19-22° isti,
Bakıdagecə 14-16° isti, gündüz 19-21° isti olacaq.
Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 11-16° isti, gündüz 20-25° isti, dağlarda gecə 1-6° isti, gündüz 5-10° isti olacaq. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!