“Sabah” Masazırdan niyə köçdü? - Klub prezidenti AÇIQLADI

saytların hazırlanması

Evə çatdırılma

“Sabah” Masazırdan niyə köçdü? - Klub prezidenti AÇIQLADI

İdman

30 Sentyabr 2026 14:45 151


"Dalğa Arena"da hazırda son tamamlama, yəni kosmetik işlər aparılır. "Sabah"ın "Qarabağ"la ev oyunu yenilənmiş stadionumuzda baş tutacaq".

"Yeni Sabah" xəbər verir ki, bunu "Teleqraf"a açıqlamasında Çempionlar Liqasındakı təmsilçimizin prezidenti Maqsud Adıgözəlov deyib.

Adıgözəlov "Sabah"ın Masazırdan köçməsinin azarkeşlər tərəfindən birmənalı qarşılanmamasına da münasibət bildirib. O, dəyişikliyin logistik səbəblərlə bağlı olduğunu deyib: pizza

"Masazır hər zaman bizim ürəyimizdədir. Biz ilk oyunumuzdan orada olmuşuq. Sadəcə, şərait məsələsi bu dəyişikliyə səbəb yaratdı. Biz hər dəfə Şüvəlandakı öz bazamızdan Masazıra ən azı bir saat 40 dəqiqə yol gedirdik. Bu da komanda üçün problem yaradırdı. Ona görə də "Dalğa Arena" lokasiya olaraq daha əlverişlidir".

Klub prezidenti "Dalğa Arena"da masazırlı azarkeşlər üçün yeniliklərin olacağını və onların oyunlara cəlb edilməsi üçün şərait yaradılacağını da bildirib:

"Biz azarkeşlər üçün hər cür şərait yaradacağıq ki, onlar Masazırdan "Dalğa Arena"ya gəlsin və komandamıza dəstək olsunlar. "Dalğa Arena"da Masazır azarkeşləri üçün sürpriz hazırlamışıq ki, onlar özlərini orada öz evlərindəki kimi hiss etsinlər".

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının (APL) IX turunda keçiriləcək "Sabah" - "Qarabağ" görüşü oktyabrın 25-də baş tutacaq.

"Sabah" 2018-ci ildən - APL-də debüt etdiyi gündən ev oyunlarını Masazırdakı "Bank Respublika Arena"da keçirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!