Keyn mövsümü bağladı

saytların hazırlanması

Evə çatdırılma

Keyn mövsümü bağladı

İdman

21 Noyabr 2026 08:48 30


"Bavariya" klubunun hücumçusu Harri Keyn uzun müddət yaşıl meydanlardan kənarda qalacaq və 2026-cı ildə komandasının heyətində bir daha meydana çıxa bilməyəcək.

“Yeni Sabah” xəbər verir ki, baş məşqçi Vinsent Kompani futbolçunun uzun müddətə sıradan çıxdığını açıqlayıb.

Klubun idman direktoru Maks Eberl isə hücumçunun sindesmoz bağının cırılması səbəbindən zədələndiyini təsdiqləyib. ShopByBro

Xatırladaq ki, son "Ballon d'Or" mükafatının qalibi olan Keyn ötən gecə keçirilən "Bavariya" – "Köln" qarşılaşmasının 20-ci dəqiqəsində zədələnərək oyunu tərk etmək məcburiyyətində qalıb. Gərgin keçən matç 1:1 hesabı ilə başa çatıb.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!