Elton Hüseynəliyevin ailəsində toy hazırlığı – Qızına elçi gəldilər

saytların hazırlanması

Evə çatdırılma

Elton Hüseynəliyevin ailəsində toy hazırlığı – Qızına elçi gəldilər

Şou

21 Noyabr 2026 09:09 39


Əməkdar artist Elton Hüseynəliyevin qızının ailə qurmağa hazırlaşdığı məlum olub.

“Yeni Sabah” xəbər verir ki, müğənninin kiçik qızı Nuray nişanlanıb. Sənətçi bu barədə “Qonaqcanlı” verilişində məlumat verərək övladının yaxın vaxtlarda toy mərasiminin keçiriləcəyini açıqlayıb.

Elton Hüseynəliyev bildirib ki, qızı Nuray məktəb illərindən tanıdığı Lətif adlı bəylə ailə qurmağa qərar verib. Onun sözlərinə görə, qarşı tərəf el adətinə uyğun olaraq elçi gəlib və ailə bu evliliyə razılıq verib. Onlayn mağaza

Müğənni qızının toyunun bir müddət təxirə salınmasının səbəbini də açıqlayıb:

“Nuray qızım Lətif adlı bəylə nişanlanıb. Bir sinifdə oxuyublar. El adəti ilə elçi gəldilər. Biz də “həri” verdik. Yaxın zamanda toy olacaq. Deyirəm ki, bir izdivac olacaqsa, tez etmək lazımdır, uzatmaq olmaz. Lətif balamızın adını daşıdığı babası rəhmətə getdiyi üçün toy uzandı”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!