Xırdalanda dəhşət: “Nə vaxt evlənirsən?” sualına görə anasını döydü

saytların hazırlanması

Evə çatdırılma

Xırdalanda dəhşət: “Nə vaxt evlənirsən?” sualına görə anasını döydü

Kriminal

21 Noyabr 2026 09:08 41


Xırdalan şəhərində 24 yaşlı oğul anasına xəsarət yetirib.

“Yeni Sabah” xəbər verir ki, hadisə M. Əzizbəyov küçəsində yerləşən mənzillərdən birində baş verib.

2002-ci il təvəllüdlü Əziz (ad şərtidir – red.) anası Fatimənin (ad şərtidir – red.) ona evlənməyi tövsiyə etməsindən sonra yaranan mübahisə zamanı qadını döyüb. İnternetdən sifariş

Belə ki, o, anasının qollarını sıxıb, qol və sinə nahiyələrinə yumruq zərbələri endirib, daha sonra qadının kürəyini və ayağını divara vurub. Nəticədə Fatimə müxtəlif xəsarətlər alıb.

Əziz barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmədə o, özünü təqsirli bilib və hadisənin anasının evlənməsi ilə bağlı suallarından sonra baş verdiyini deyib:

"Məlum hadisə günü səhər saat 08 radələrində anam yenə də nə zaman evlənəcəyimi soruşdu. Mən də əsəbi halda anama "evlənməyəcəyəm!" cavabını verdim. Sonra aramızda mübahisə baş verdi. Mübahisə zamanı əsəbiləşdim və anamın üzərinə gedərək əllərimlə onun qollarından tutub sıxdım və buraxdım. Sonra əlimlə ona vurdum, ardınca əllərimlə sinəsindən itələyərək evin divarına vurdum. Bundan sonra evdən getdim".

Əziz ifadəsinin sonunda anasından üzr istədiyini, onunla barışdığını və Fatimənin şikayətinin olmadığını bildirib.

Zərərçəkmiş Fatimə də ifadəsində oğlu ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd edib.

Abşeron Rayon Məhkəməsinin hökmü ilə Əziz Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib. (demokrat.az)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!