ŞAD XƏBƏR - 170 milyon yeni iş yeri açılacaq

saytların hazırlanması

Evə çatdırılma

ŞAD XƏBƏR - 170 milyon yeni iş yeri açılacaq

Dünya

11 Sentyabr 2026 09:15 311


“Dünya İqtisadi Forumunun (WEF) 2030-cu ilə qədər olan proqnozlarına görə, qlobal əmək bazarı genişmiqyaslı transformasiyaya məruz qalacaq. Təxminən 92 milyon iş yerinin ləğv ediləcəyi və ya avtomatlaşdırılacağı, əvəzində isə 170 milyon yeni iş yerinin yaranacağı gözlənilir”.

“Yeni Sabah” xəbər verir ki, bu barədə nəqliyyat və logistika məsələləri üzrə ekspert Rauf Ağamirzəyev öz “Facebook” səhifəsində yazıb. O bildirib ki, Azərbaycanda yanaşma “köhnə kadrları dəyişmək” deyil, “mövcud kadrları yeni dövrə hazırlamaq” üzərində qurula bilər:

“Beləliklə, xalis artım 78 milyon iş yeri təşkil edəcək. Lakin əsas dəyişiklik iş yerlərinin sayında deyil, işin xarakterində və tələb olunan bacarıqlarda olacaq. pizza mizza

Bazar sadəcə köhnə vəzifələri aradan qaldırmır, əmək funksiyalarını yenidən bölüşdürür. Bu transformasiyanın əsas katalizatorları generativ süni intellekt, avtomatlaşdırma, yaşıl keçid və demoqrafik dəyişikliklərdir.

Bu qlobal proses Azərbaycandan da çevik yanaşma tələb edir. Transformasiyanı daha rəvan etmək üçün yalnız yeni kadrların hazırlanmasına deyil, mövcud işçi qüvvəsinin yenidən ixtisaslaşdırılmasına və təlimlərə cəlb edilməsinə diqqət yetirmək lazımdır.

Xüsusilə illər əvvəl təhsil almış və hazırda əmək bazarında fəaliyyət göstərən kadrların müasir texnologiyalar, süni intellekt, avtomatlaşdırma və yeni iş prosesləri üzrə təlimlərə cəlb edilməsi onların dövrün tələblərinə uyğunlaşmasına imkan verə bilər.

Yəni Azərbaycanda yanaşma “köhnə kadrları dəyişmək” deyil, “mövcud kadrları yeni dövrə hazırlamaq” üzərində qurula bilər. Bu, həm insan kapitalından daha səmərəli istifadə etməyə, həm də texnoloji transformasiyanın sosial təsirlərini azaltmağa kömək edər”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!