Şagirdlərin yerdəyişməsi müvəqqəti dayandırılır

saytların hazırlanması

Evə çatdırılma

Şagirdlərin yerdəyişməsi müvəqqəti dayandırılır

Sosial

10 İyun 2021 11:53 852


Bu gün saat 18:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi üzrə sorğuların qəbulu müvəqqəti olaraq dayandırılır.

Təhsil Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, sorğuların qəbulunun müvəqqəti dayandırılması tədris ilinin yekunlaşması və ümumi təhsil müəssisələrində yekun qiymətləndirmə prosesi ilə bağlıdır.

Portalda mövcud sorğuların tamamlanması prosesi iyunun 17-dək davam edəcək. Valideynlər (qanuni nümayəndə) qeyd olunan tarixədək övladlarının şəxsi işlərini əvvəl oxuduqları məktəbdən götürərək yerdəyişmə etmək üçün seçdikləri məktəbə təqdim etməlidirlər. Həmin tarixdən proqram təminatı müvəqqəti olaraq dayandırılacaq. pizza

Proqram təminatının açılacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!