Sakinlərin meyxanaçılardan şikayəti: Gecə 2-yə qədər yata bilmirik

saytların hazırlanması

Evə çatdırılma

Sakinlərin meyxanaçılardan şikayəti: Gecə 2-yə qədər yata bilmirik

Sosial

23 Sentyabr 2026 15:14 133


Masazır qəsəbəsindəki restoranlardan birində gecə saatlarında yüksək səslə musiqi səsləndirilməsi sakinlərin narazılığına səbəb olub.

"Yeni Sabah" Baku TV-yə istinadla xəbər verir ki, səsin ətrafdakı yaşayış evlərinə yayıldığı və insanların istirahətinə mane olduğu bildirilib. 

Şikayətçi vətəndaşlar qeyd ediblər ki, bəzi hallarda musiqi və meyxana gecə saat 2-yə qədər davam edir. Dominos pizza

Çəkiliş zamanı məkanda olan meyxanaçı Namiq Məna saat 23:00-dan sonra musiqi səsinin azaldıldığını desə də, məkandakı yüksək səs ətrafda aydın eşidilib. O, iradların nəzərə alınacağını bildirib:

“İndi səs keçirməyən pəncərələr var. Həmin pəncərələri ala bilməyənlərdən üzr istəyirik. Qanuna hamımız riayət etməliyik. Şikayətləri nəzərə alarıq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!