Şamaxı və İsmayıllıya dolu düşdü 

saytların hazırlanması

Evə çatdırılma

Şamaxı və İsmayıllıya dolu düşdü 

Sosial

23 Aprel 2024 17:09 468


Aprelin 23-ü saat 16:30-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, Ordubad, Qrız, Şahdağ, Şamaxı, İsmayıllı, Qobustan, Qusar, Xınalıqda şimşək çaxıb, arabir yağış yağıb. 

Milli Hidrometeorologiya Xidmətindən Yenisabah.az-a verilən xəbərə görə, saat 15:30 radələrində Şamaxı rayonu Məlhəm kəndinə 15 dəqiqə ərzində diametri 3-4 mm, İsmayıllı rayonu Qalacıq kəndinə isə saat 15:45-16:00 radələrində 10-11 mm olan dolu düşüb. 

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 24, Naxçıvan MR-da 25, Aran rayonlarında 28, dağlıq rayonlarda 19, yüksək dağlıq ərazilərdə isə 4 dərəcəyədək isti qeydə alınıb.  pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!