130, 142, 500, 503 və 508 nömrəli marşrutlar “Şamaxinka” adlanan ərazidəki dayanacaq məntəqəsindən çıxarılır.
Bu barədə "Yeni Sabah"a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, həmin marşrutların sərnişinləri “Azərbaycanfilm Kinostudiyası” dayanacaq məntəqəsindən istifadə edə bilərlər. pizza sifarişi
Məlumata görə, “Şamaxinka”da dayanacaq məntəqəsi qruplaşdırılaraq 3 hissəyə ayrılacaq və sərnişinlərin rahatlığı üçün müvafiq nişanlarla işarələnəcək.
Qeyd olunub ki, bununla da ərazidə avtobusların dayanacaq ətrafında yaratdığı əlavə sıxlığın qarşısı alınacaq.
Aytac Əliyeva
Telegram kanalımız