Samirə oğlundan eşitdiyi cavabdan şoka düşdü: “Al, bu da sənin nəvən”

saytların hazırlanması

Evə çatdırılma

Samirə oğlundan eşitdiyi cavabdan şoka düşdü: “Al, bu da sənin nəvən”

Şou

08 İyul 2026 15:20 75


Samirə ƏliMəryəm “Qonaq Canlı” verlişində şəxsi həyatı ilə bağlı maraqlı etiraflar edib.

“Yeni Sabah” xəbər verir ki, müğənni cavan yaşda nənəlik hissini yaşamağı çox arzuladığını, lakin oğlunun hələ ki ailə həyatı qurmağa tələsmədiyini bildirib.

Övladının bu məsələyə yumorla yanaşdığını deyən ifaçı evin daxilində yaşanan maraqlı bir hadisəni bölüşüb: pizza

“Oğlumun hazırda 27 yaşı var, tezliklə 28-i tamam olacaq. Amma hələ ki evlənmək ab-havasında deyil. Bir gün evə pişik gətirib mənə dedi ki, ‘Nəvə istəyirdin, al, bu da sənin nəvən’. İndi mən də məcbur qalıb həmin pişiyə baxıram”.

Hər bir valideyn kimi övladının toyunu görmək istədiyini gizlətməyən Samirə hər şeydən öncə onun xoşbəxtliyinin vacib olduğunu vurğulayıb.

Cəlalə Cəlalqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!