“Sədərək”də biznesmen bıçaqlandı

saytların hazırlanması

Evə çatdırılma

“Sədərək”də biznesmen bıçaqlandı

Kriminal

12 İyun 2026 18:56 177


"Sədərək" Ticarət Mərkəzində bıçaqlanma hadisəsi olub.

"Yeni Sabah" "Qafqazinfo"ya istinadla xəbər verir ki, Lökbatan qəsəbəsi ərazisində yerləşən mərkəzdə Bakı şəhər sakini 1979-cu il təvəllüdlü Vüqar Şikar oğlu Xudaverdiyev paytaxt sakini 1979-cu il təvəllüdlü Faiq Arif oğlu Abbasovla mübahisə edib.

İlkin məlumata əsasən, Vüqar Faiqin qarın nahiyəsinə bıçaqla xəsarət yetirib. Sezar pizza

V.Xudaverdiyev polis əməkdaşları tərəfindən şübhəli şəxs kimi saxlanılıb. Araşdırmalar aparılır.

Qeyd edək ki, bıçaqlanan Faiq Abbasov sahibkardır, bir neçə geyim mağazasının sahibidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!