Tarixin gedişatı çox vaxt dövlətlər arasındakı düşmənçiliklərlə formalaşıb. Bəzi qarşıdurmalar kiçik ticarət mübahisələri olsa da, digərləri dünyanın ən güclü dövlətləri arasında illərlə davam edən qanlı müharibələrə çevrilib.
“Yeni Sabah” xəbər verir ki, keçmişin ən qatı düşmənlərindən bəziləri bu gün yaxın müttəfiqdir.
İngiltərə və Fransa təxminən 700 il ərzində dəfələrlə müharibə aparıb. Yüzillik müharibə və Napoleon savaşları bu rəqabətin ən məşhur nümunələridir. “Waterloo” döyüşündən sonra isə iki ölkə tədricən müttəfiqə çevrilib. pizza mizza
Roma və Karfagen Aralıq dənizində üstünlük uğrunda üç Pun müharibəsi aparıb. Roma sonda qalib gələrək Karfageni tamamilə məhv edib və bölgənin yeganə gücünə çevrilib.
Rusiya və Osmanlı imperiyası XVI əsrdən Birinci Dünya müharibəsinədək 12 dəfə savaş meydanında üz-üzə gəlib. Bu müharibələr Balkanların və Qara dəniz bölgəsinin taleyini müəyyənləşdirib.
Habsburqlar və Osmanlılar isə 265 il davam edən qarşıdurmalarda Avropanın siyasi xəritəsinə təsir göstəriblər. Osmanlılar iki dəfə Vyananı mühasirəyə alsalar da, şəhəri ələ keçirə bilməyiblər.
Şotlandiya və İngiltərə əsrlərlə davam edən müstəqillik savaşlarından sonra nəhayət eyni dövlətin tərkibində birləşib.
Rusiya və Polşa arasında düşmənçilik isə təxminən min il davam edib. Polşanın bölünməsi, işğallar və müharibələr bu münasibətlərin əsas hissəsini təşkil edib.
Danimarka və İsveç Skandinaviyada üstünlük və Norveçə nəzarət uğrunda dəfələrlə müharibə aparıb. Son böyük qarşıdurma Napoleon müharibələri dövründə yaşanıb.
Osmanlı dövləti və Səfəvi Persiyası üç əsr ərzində bir neçə dəfə savaşaraq Yaxın Şərqdə güc balansını müəyyənləşdiriblər.
Venesiya və Genuya isə Aralıq dənizində ticarət yollarına nəzarət uğrunda dəniz savaşları aparıblar.
Rusiya və İsveç Baltik dənizində hökmranlıq uğrunda uzunmüddətli mübarizə aparıb. Böyük Şimal müharibəsindən sonra bölgədə üstünlük Rusiyanın əlinə keçib.
Bu qarşıdurmalar göstərir ki, tarix təkcə dövlətlərin yüksəlişi ilə deyil, həm də onların uzun illər davam edən rəqabətləri ilə yazılıb.
Aydan Hacı
Telegram kanalımız