Xalq artisti Flora Kərimovanın səhhəti ilə bağlı son vəziyyət açıqlanıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Musavat.com-a sənətkarın köməkçisi Yaqut İmanova məlumat verib.
O bildirib ki, hazırda müğənninin vəziyyəti yaxşıdır: Sezar pizza
"Flora xanımın vəziyyəti yaxşıdır. Qızı Londondan gəlib, xəstəxanada onun yanındadır. Səhhətində hər hansı narahatlıq yoxdur".
Y.İmanovanın sözlərinə görə, Xalq artistinin sabah xəstəxanadan evə buraxılması gözlənilir.
Qeyd edək ki, Flora Kərimova bir neçə gündür xəstəxanada müalicə alır. Onun müalicə prosesi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb.
Köməkçisinin sözlərinə görə, sənətkarın ürəyi ilə bağlı sağlamlıq problemləri mövcuddur.
Telegram kanalımız