Meksikanın Perunun devrilmiş prezidentinin ailəsinə sığınacaq təklif edəcəyini açıqlamasından sonra rəsmi Lima səfiri “arzuolunmaz şəxs” elan edib.
Yenisabah.az "Associated Press"ə istinadla xəbər verir ki, Pablo Monroya 72 saat ərzində ölkəni tərk etmə göstərişi verilib.
Perunun devrilmiş prezidenti Pedro Kastilonun arvadı Liliya Paredes hazırda 2 övladı ilə birlikdə Meksika səfirliyində sığınacaq tapıb. Peru hökuməti əvvəlcə devrilmiş prezidentin ailəsinin Meksikaya getməsinə icazə verib. Lakin sonradan onun ittihamla üzləşəcəyini və ekstradisiya olunma ehtimalı nəzərə alıb. Toyuqlu pizza
Telegram kanalımız