16 Avqust - 12:02
Şəhid qardaşı Polis Şöbəsində döyülüb?  - Açıqlama

Şəhid qardaşı Polis Şöbəsində döyülüb? - Açıqlama

Hadisə

07 İyul 2022 00:57 645


Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə Ağsuda şəhid qardaşının polislər tərəfindən döyülməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirilib.

Yenisabah.az xəbər verir ki, DİN-in mətbuat xidmətinin bölmə rəisi, polis baş leytenantı Zeyni Hüseynov bildirib ki, Gülxar Quliyev spirtli içki aludəçisidir və mütəmadi olaraq şəhid qardaşı adına yaraşmayan hərəkətlərə yol verir:

"Sonuncu dəfə spirtli içkinin təsiri altında ictimai asayişi pozduğuna görə vətəndaşların müraciətinə əsasən polis şöbəsinə gətirilib. Barəsində toplanan materiallar rayon məhkəməsinə göndərilib. Məhkəmə tərəfindən onun şəhid ailəsinin üzvü olduğu nəzərə alınaraq sərbəst buraxılıb”.

Bölmə rəisi qeyd edib ki, G.Quliyevin Polis Şöbəsində döyülməsinə gəldikdə isə bu iddialar tamamilə yalandır və həqiqəti əks etdirmir, həmçinin fotoda görünən xasarətləri sərxoş vəziyyətdə yıxılarkən alıb.

Qeyd edək ki, sosial şəbəkələrdə Ağsuda Vətən Müharibəsində şəhid olan Vüqar Quliyevin qardaşı Gülxan Quliyevin polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı məlumatlar yayılıb


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!