Şəmkirdə qəfil alışan maşın hərəkətə gəlib qarşısındakı avtomobilə çırpıldı

saytların hazırlanması

Evə çatdırılma

Şəmkirdə qəfil alışan maşın hərəkətə gəlib qarşısındakı avtomobilə çırpıldı

Hadisə

09 Sentyabr 2026 22:36 98


Şəmkirdə minik avtomobili yanıb.

"Yeni Sabah" Lent.az-a istinadən xəbər verir ki, hadisə rayon ərazisində yerləşən şadlıq saraylarının birinin yaxınlığında qeydə alınıb.

Belə ki, yol kənarında dayanmış vəziyyətdə olan VAZ-21099 markalı minik maşını qəfildən yanmağa başlayıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb ediliblər. Pepperoni pizza

Yanğın qısa müddətdə ərzində tərəfindən söndürülüb, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Qeyd edək ki avtomobil yanan zaman hərəkətə düşüb və nəticədə qarşısında dayanmış avtomobilə çırpılıb.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!