Sənaye sektoruna verilən kreditlər 2,7 milyard manatı keçib

saytların hazırlanması

Evə çatdırılma

Sənaye sektoruna verilən kreditlər 2,7 milyard manatı keçib

İqtisadiyyat

07 Sentyabr 2026 17:37 73


Mərkəzi Bankın (AMB) statistikasına əsasən, 2026-cı il avqustun 1-nə ölkə banklarının sənaye sahəsi üzrə biznes kredit portfeli 2 milyard 722 milyon manata çatıb.

“Yeni Sabah” xəbər verir ki, sənaye sektorunun kreditləşməsində iyulun 1-i ilə müqayisədə (2,716 milyard manat) 6,1 milyon manat (0,2%), ötən ilin avqust ayı ilə müqayisədə (2,711 milyard manat) isə 10,7 milyon manatlıq (0,4%) artım qeydə alınıb.

Avqust ayının əvvəlinə bank sektorunun məcmu kredit portfeli 32 milyard 95 milyon manat təşkil edib. Ümumi kredit portfelinin strukturunda biznes kreditlərinin payı 54% (17 milyard 333 milyon manat), istehlak kreditlərinin payı 31,3% (10 milyard 37 milyon manat), ipoteka kreditlərinin payı isə 14,7% (4 milyard 725 milyon manat) olub. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!