Şərur sakini Avropanın kral sülaləsi ilə qohum çıxdı

saytların hazırlanması

Evə çatdırılma

Şərur sakini Avropanın kral sülaləsi ilə qohum çıxdı

Sosial

18 Sentyabr 2026 20:02 148


Naxçıvanın Şərur rayonunun Ərəbyengicə kəndindən olan doktor Müşfiq Hüseynovun Y-DNT testi nəticəsində ata xətti ilə Avropanın məşhur zadəgan və kral sülalələri ilə qohumluq əlaqəsi bəlli olub.

“Yeni Sabah” xəbər verir ki, bu nəticəni Azərbaycan DNT Layihəsi”nin inzibatçısı, genetik-tədqiqatçı və irsi xəstəliklər üzrə mütəxəssis Orxan Xansuvar öz “Facebook” səhifəsində yazıb.

Tədqiqatın nəticələrinə əsasən, həmyerlimizin genetik xətti E haploqrupunun V13 subkladının SK888 alt qolu kimi müəyyən edilib. Yaşı təxminən 3900 il olan bu subklad əsasən Cənubi Avropada və Balkan yarımadasında geniş yayılıb. Genetik xəttin Azərbaycana böyük ehtimalla Balkan miqrasiyaları dövründə gəldiyi ehtimal olunur. pizza hut

Macarıstan Milli Araşdırmalar İnstitutunun 2022-ci ildə apardığı rəsmi arxeogenetik tədqiqatlar göstərir ki, XV əsrin məşhur sərkərdəsi Yanoş Hunyadi və onun oğlu, Macarıstan Kralı Matyaş Korvin ata xətti ilə məhz bu genetik ailəyə mənsubdur.

Bundan başqa, həmin mutasiyanın paralel qollarını Uinston Çörçill, Savoy İtaliya kral sülaləsi və Cüzeppe Qaribaldi kimi məşhur tarixi şəxsiyyətlər daşıyır.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!