“Səs” qəzeti bağlanmır - Həftəliyə keçir   - YENİLƏNDİ

saytların hazırlanması

Evə çatdırılma

“Səs” qəzeti bağlanmır - Həftəliyə keçir - YENİLƏNDİ

Sosial

14 Noyabr 2025 12:46 463


“Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev rəhbərlik etdiyi media orqanının gələcək fəaliyyəti ilə bağlı məsələyə aydınlıq gətirib.

"Yeni Sabah" xəbər verir ki, o, sosial şəbəkə hesabında yazdığı statusda dəyişiklik edib.

B.Quliyev bildirib ki, qəzet bağlanmır, həftəliyə keçir: Dominos pizza

"Media Agentliyinin qərarını  35 İllik kollektivlə son dəfə bu tərkibdə müzakirə etdik. Bu o qəzetdir ki, Ulu Öndər Heydər Əliyev yolunda dönmədən vuruşurdu. 1990-cı illərdə daima təzyiqlərə, təhdidlərə məruz qalsa da Heydər Əliyevin ən sevdiyi qəzet kimi yolundan dönmədi. Amma bu gün məktəb yaratmış SƏS qəzeti MEDİA - nın qərarı ilə həftədə bir dəfə nəşrinə və kollektivin azaldılmasına zərurət yaranıb. Dövlətçiliyə bir ömür xidmət etmiş kollektivin yarısı ilə vidalaşmaq çox ağır və ürəkağrıdıcıdır". 

***

“Səs” qəzeti fəaliyyətini dayandırır. 

“Yeni Sabah” xəbər verir ki, bu barədə “Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev məlumat yayıb.

O, qəzetin bağlanmasının Media Agentliyinin qəzetlərin maliyyələşməsinə dair qərarı ilə əlaqəli olduğunu bildirib:

“Media Agentliyinin qərarını 35 İllik kollektivlə son dəfə bu tərkibdə müzakirə etdik. Bu o qəzetdir ki, Ulu Öndər Heydər Əliyev yolunda dönmədən vuruşurdu. 1990-cı illərdə daima təzyiqlərə, təhdidlərə məruz qalsa da Heydər Əliyev yolundan dönmədi. Amma bu gün məktəb yaratmış “SƏS” qəzeti MEDİA - nın bir qərarı ilə tarixə qovuşur. Bu Dövlətçiliyə bir ömür xidmət etmiş kollektivlə vidalaşmaq çox ağır və ürəkağrıdıcıdır. Təəssüf...”.

Qeyd edək ki, qəzət 1991-ci ilin yanvar ayından fəaliyyət göstərirdi.

 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!