Jurnalist Sevil Nuriyeva sosial media hesabında mərhum həyat yoldaşı Etimad İsmayılovla bağlı paylaşım edib.
“Yeni Sabah” xəbər verir ki, jurnalist həyat yoldaşının fotosunu paylaşaraq onun vəfatının 8-ci ildönümü ilə bağlı duyğularını bölüşüb:
“8 il oldu. Qəlbimin ən dərin yarası. Səninlə və əbədi... Bu gün 8 il oldu. Mənim üçün isə bir ömür... Ruhun şad olsun, yenidən görüşənədək Allaha əmanətimsən. Rəbbim məkanını Cənnət bağçası, məqamını uca etsin. Amin”. pizza hut
Qeyd edək ki, Sevil Nuriyevanın həyat yoldaşı Etimad İsmayılov 2018-ci ildə İstanbulda silahlı hücuma məruz qalıb. Başından iki, ürəyindən isə bir güllə yarası alan Etimad İsmayılov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Aydan Hacı
Telegram kanalımız