Səhiyyə Nazirliyi Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında deputat Səyyad Aranın rayonlarda vətəndaş qəbullarının keçirilməsi ilə bağlı səsləndirdiyi fikirlərə aydınlıq gətirib.
Bu barədə "Yeni Sabah"a Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Səhiyyə Nazirliyində vətəndaşların qəbulu müəyyən edilmiş qrafik əsasında nazir və digər rəhbər vəzifəli şəxslər tərəfindən nazirliyin inzibati binasında həyata keçirilir. Pepperoni pizza
Nazirliyin rəsmi internet səhifəsində vətəndaş qəbulu ilə bağlı müvafiq məlumatlar yerləşdirilir.
Nazirlik qeyd edib ki, fikirlərin ictimaiyyət tərəfindən düzgün anlaşılması üçün səlahiyyət bölgüsünün nəzərə alınması vacibdir.
Qeyd edək ki, Səyyad Aran iclasda nazirləri tənqid edib: :
"Nazirlərin qəbul qaydasına etiraz edirəm, düzgün deyil. Məsələn, səhiyyə naziri qəbula gedir. Bəndi-bərəni elə kəsdirirlər ki, ora yaxınlaşmaq olmur".
Aytac Əliyeva
Telegram kanalımız