“Sihirli annem” serialının Çilek obrazı ilə tanınan Zeynep Özkaya tez-tez paylaşımlar edir.
“Yeni Sabah” xəbər verir ki, uzun müddətdir ekranlarda görünməyən aktrisa bu dəfə saç düzümünü dəyişib.
Sosial şəbəkələr üçün məzmun hazırlayan Zeynep Özkaya dəbə uyğun olaraq saçlarını kəsdirib və yeni görünüşünü izləyiciləri ilə bölüşüb. pizza hut
Aktrisa paylaşımında saç tökülməsi ilə bağlı da məsləhətlər verib.
“Tamamilə başqa insan oldum. Amma ən əsası, iki ildir görə bilmədiyim bu gur saç görünüşüdür. Mənim kimi güclü saç tökülməniz varsa, ilk etməli olduğunuz həkimə müraciət etmək və analizlərdən keçmək, daha sonra isə tez bir zamanda lazım olan qida əlavələrindən istifadə etməyə başlamaqdır. Bundan sonra düzgün saç məhsullarından istifadə etməklə yanaşı, saçlarınızı mütəmadi olaraq kəsdirmək lazımdır”.
Əsmətxanım Rzazadə
Telegram kanalımız