Mən əvvəlcədən Alen Simonyanın parlamentin sədri və ya deputatı olmayacağını planlaşdırmamışdım.
"Yeni Sabah" xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan parlament iclasından sonra jurnalistlərlə söhbətində bildirib.
“Mən bu vəziyyətə hazır deyildim. Mövqeyimi formalaşdırmalıyam”, - deyə o vurğulayıb. pizza
Qeyd edək ki, hakim Mülki Müqavilə Partiyası Paşinyanın ən nüfuzlu kadrlarından sayılan Alen Simonyanın namizədliyini parlament sədrliyinə irəli sürməyib. Çoxluq Alen Simonyanın müavini olan Ruben Rubinyanı dəstəkləyib.
Bu gün isə Alen Simonyan deputat mandatından imtina edəcəyini, ancaq siyasi fəaliyyətini Paşinyanın rəhbərlik etdiyi Mülki Müqavilə Partiyasında davam etdirəcəyini açıqlayıb./Axar.az
Telegram kanalımız