Gün ərzində ayaq üstə qalmaq, isti hava, uzun gəzintilər və hərəkətsiz həyat tərzi ayaqlarda şişkinlik yaranmasına səbəb olur. Xüsusilə yay aylarında daha tez-tez rast gəlinən bu vəziyyət günün sonunda narahatlıq hissini artırır.
“Yeni Sabah” xəbər verir ki, mütəxəssislərin fikrincə, ayaq şişməsini yüngülləşdirməyin ən təsirli yollarından biri Epsom duzu (ingilis duzu) əlavə edilmiş ilıq su ilə edilən ayaq vannasıdır.
Maqnezium-sulfat tərkibli bu duzun ayaqların dincəlməsinə kömək etdiyi və gün ərzində yaranan yorğunluq hissini azaltdığı bildirilir. Ayaqların 15-20 dəqiqə ərzində bu suda saxlanılması tövsiyə olunur. Pepperoni pizza
Şişkinliyi azaltmaq üçün təklif edilən digər bir üsul isə ayaqları ürək səviyyəsindən yuxarı qaldırmaqdır. Ekspertlər gün ərzində və ya axşam saatlarında 15-20 dəqiqə ərzində ayaqların hündürdə saxlanılmasının qan dövranını stimullaşdırdığını və yığılan mayenin dağılmasına kömək etdiyini bildirirlər.
Cəlalə Cəlalqızı
Telegram kanalımız