SON DƏQİQƏ! -Baş Dövlət Yol Polisi İdarəsindən HƏYƏCAN SİQNALI

saytların hazırlanması

Evə çatdırılma

SON DƏQİQƏ! -Baş Dövlət Yol Polisi İdarəsindən HƏYƏCAN SİQNALI

Sosial

25 Sentyabr 2026 09:33 99


Payız mövsümündə yağıntı, duman və külək yol şəraitinə təsir göstərərək sürücülər və piyadalar üçün əlavə risklər yaradır. Görmə məsafəsinin azaldığı, yol örtüyünün sürüşkən olduğu belə şəraitdə ehtiyatsız davranış və qayda pozuntuları ağır nəticələrə səbəb ola bilər.

Bu barədə "Yeni Sabah"a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Məlumatda bildirilib ki, qurum sürücüləri hava və yol şəraitinə uyğun təhlükəsiz sürət seçməyə, nəqliyyat vasitələri arasında ara məsafəsini qorumağa, qəfil əyləcləmədən və təhlükəli manevrlərdən çəkinməyə çağırır. Piyada keçidlərinə, yolayrıclarına və təhsil müəssisələrinin ətrafına yaxınlaşarkən sürət əvvəlcədən azaldılmalı, piyadaların hərəkətinə xüsusi diqqət yetirilməlidir. pizza hut

Eyni zamanda, sürücülər səfərdən əvvəl nəqliyyat vasitələrinin texniki sazlığını yoxlamalı, xüsusilə şüşəsilənlərin, xarici işıq cihazlarının və əyləc sisteminin saz vəziyyətdə olmasına diqqət yetirməlidirlər. Təkərlərin mövsümə və yol şəraitinə uyğunluğu da təhlükəsiz hərəkətin vacib şartlərindəndir.

Piyadalar da yollarda diqqətli olmalı, yolu yalnız müəyyən edilmiş yerlərdən keçməli, hərəkətə başlamazdan əvvəl yolun hər iki istiqamətini nəzərdən keçirməli və yaxınlaşan nəqliyyat vasitələrinin məsafəsini düzgün qiymətləndirməlidirlər. Məhdud görünmə şəraitində diqqəti yayındıran davranışlardan, o cümlədən yolu keçərkən mobil telefondan istifadə etməkdən çəkinmək vacibdir.

Sonda Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını dəyişkən hava şəraitini nəzərə almağa, yol hərəkəti qaydalarına əməl etməyə və təhlükəsizlik məsələsində məsuliyyətli davranmağa çağırır.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!