SON DƏQİQƏ... İran ABŞ bazalarını vurdu

saytların hazırlanması

Evə çatdırılma

SON DƏQİQƏ... İran ABŞ bazalarını vurdu

Hadisə

10 Sentyabr 2026 15:17 90


İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ Silahlı Qüvvələrinin İordaniyadakı "Əl-Əzrəq" hərbi bazasını ağır ballistik raket zərbələri ilə hədəfə alıb.

“Yeni Sabah” xəbər verir ki, hücum zamanı bazada yerləşən F-35, F-16 və F-15 qırıcılarının təmir-texniki xidmət anqarları, dislokasiya obyektləri, hazırlıq zonaları və qırıcı sığınacaqları vurulub.

SEPAH-ın yaydığı bəyanatda əməliyyatın "təcavüzkarı cəzalandırmaq" məqsədilə keçirildiyi və düşmənə ağır ziyan vurulduğu qeyd olunub. Qurum, aynı zamanda, ABŞ-nin heç bir hücumunun cavabsız qalmayacağını vurğulayıb. pizza sifarişi

Xatırladaq ki, bundan əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrana məxsus 5 neft tankerinin məhv edildiyi barədə məlumat açıqlamışdı.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!