UEFA Çempionlar Liqası çərçivəsində keçiriləcək "Mançester Yunayted" - "Sabah" qarşılaşmasının hakimləri müəyyənləşib.
“Yeni Sabah” xəbər verir ki, matçı Fransadan olan hakimlər briqadası idarə edəcək.
Görüşün baş hakimi Uilyi Delajo olacaq. 33 yaşlı referi üçün bu qarşılaşma karyerasında xüsusi əhəmiyyət daşıyır. Belə ki, matç fransalı ədalət təmsilçisinin Çempionlar Liqasında baş hakim kimi debütü olacaq. pizza mizza
Xatırladaq ki, Uilyi Delajo daha əvvəl Dünya Çempionatında VAR hakimi kimi təcrübə toplayıb.
Nazim Hacıyev
Telegram kanalımız