“A-Group Sığorta” ASC 2026-cı ilin birinci yarısına dair maliyyə göstəricilərini açıqlayıb.
“Yeni Sabah” xəbər verir ki, cari ilin ilk altı ayında sığorta şirkətinin ümumi xərclərində nəzərəçarpacaq artım qeydə alınıb. İllik müqayisədə xərclər 10,9% və ya 1,05 milyon manata yaxın artaraq 10,67 milyon manata çatıb (ötən ilin müvafiq dövründə bu rəqəm 9,62 milyon manat idi).
Xərc maddələrinin analizi göstərir ki, artım bütün əsas istiqamətləri əhatə edib. Əsas əməliyyat xərcləri 10,3% yüksələrək 7,82 milyon manat, işlərin aparılması xərcləri isə 12,4% artaraq 2,84 milyon manat təşkil edib. Həmçinin keçən ilin analoji dövründən fərqli olaraq, bu il 2,7 min manata yaxın digər xərclər də qeydə alınıb. Dominos pizza
Xərclərin bu cür yüksəlməsi şirkətin son maliyyə nəticəsinə birbaşa mənfi təsir göstərib.
Nəticədə “A-Group Sığorta”nın xalis mənfəəti 65,3% (864,6 min manat) kəskin azalaraq 1,32 milyon manatdan 458,7 min manata enib.
Cəlalə
Telegram kanalımız