Dövlət bu şəxslərə 1000 manat pul verəcək -   RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Dövlət bu şəxslərə 1000 manat pul verəcək - RƏSMİ

İqtisadiyyat

10 Sentyabr 2026 14:44 737


“Qarabağ” və “Dilbaz” atlarının qorunması və sayının artırılması məqsədilə onlara illik heyvan subsidiyası tətbiq ediləcək.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Qeydiyyata alınmış milli at cinslərinə aid heyvanlar üçün subsidiyanın məbləği yaş və cinsdən asılı olaraq müəyyənləşdirilib. Belə ki, 2 yaşadək dayçalara 600 manat, 2 yaşdan yuxarı damazlıq dişi atlara 800 manat, damazlıq ayğırlara isə 1000 manat illik subsidiya veriləcək. pizza hut

Subsidiya almaq üçün heyvanların EKTİS-də qeydiyyata alınması, elektron çiplənməsi və valideyn mənsubiyyətinin DNT testi ilə təsdiqlənməsi əsas şərtlərdən olacaq.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!