Polşalı nazirdən NATO ilə bağlı şok açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Polşalı nazirdən NATO ilə bağlı şok açıqlama

Dünya

10 Sentyabr 2026 15:19 65


Polşanın xarici işlər naziri Radoslav Sikorski NATO alyansının tarixi missiyası və müasir rolu ilə bağlı diqqətçəkən bəyanatla çıxış edib.

“Yeni Sabah” xəbər verir ki, diplomat Alyansın yaranma fəlsəfəsinə istinad edərək hazırkı geosiyasi vəziyyəti dəyərləndirib:

"NATO amerikalıları içəridə, almanları nəzarət altında, rusları isə kənarda saxlamaq üçün yaradılıb. Artıq almanları nəzarət altında saxlamağa ehtiyacımız yoxdur, amma rusları kənarda saxlamalıyıq", — deyə nazir vurğulayıb. pizza hut

Sikorskinin bu fikirləri Avropanın təhlükəsizlik arxitekturasında dəyişən prioritetləri və Rusiyadan gələn təhdidlərə qarşı Alyansın vahid mövqeyinin vacibliyini bir daha gündəmə gətirib.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!