Bu mənzillərə görə artıq vergi tutulmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Bu mənzillərə görə artıq vergi tutulmayacaq

İqtisadiyyat

18 Noyabr 2026 12:09 69


Milli Məclisin plenar iclasında 2027-ci ilin büdcə zərfi çərçivəsində müzakirəyə çıxarılan Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsinə əsasən, Azərbaycanda sökülən binaların sakinlərinə verilən yeni mənzillər vergidən azad ediləcək.

"Yeni Sabah" xəbər verir ki, sənəddə qeyd olunur ki, sökülmüş binaların əvvəlki mülkiyyətçilərinə həmin binaların yerində inşa edilən yeni tikililərdən təqdim olunan yaşayış və qeyri-yaşayış sahələri vergiyə cəlb olunan gəlir hesab edilməyəcək.

Müzakirələrin yekununda səsverməyə çıxarılan qanun layihəsi deputatlar tərəfindən birinci oxunuşda qəbul edilib. ShopByBro

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!