Sosial şəbəkədə etdikləri baha başa gəldi – Tiktoker saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Sosial şəbəkədə etdikləri baha başa gəldi – Tiktoker saxlanıldı

Kriminal

07 Avqust 2026 18:40 92


Sosial şəbəkədə nalayiq ifadələr işlədən daha bir tiktoker saxlanılıb.

"Yeni Sabah" “lent.az”a istinadən xəbər verir ki, 25 yaşlı Melisa Əhmədova (şərti adla) "TikTok" sosial şəbəkəsində özünə məxsus "melisa__591" hesabında canlı yayım açaraq əxlaqsız ifadələr səsləndirib.

Bununla da ictimai mənəviyyatı təhqir və cəmiyyətə açıqca hörmətsizlik edən hərəkətlərə yol verib. pizza

O, polis əməkdaşları tərəfindən hava limanında saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə protokol tərtib olunub.

Məhkəmənin qərarı ilə o, 600 manat məbləğində inzibati qaydada cərimələnib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!