Sosial şəbəkələrdə insanları aldadan şəxs   saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Sosial şəbəkələrdə insanları aldadan şəxs saxlanıldı

Kriminal

15 Sentyabr 2026 13:36 75


Sosial şəbəkələrdə kosmetik vasitələri ucuz qiymətə təklif edərək vətəndaşları aldadan şəxs saxlanılıb.

Bu barədə "Yeni Sabah"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sosial şəbəkələrdə ayrı-ayrı vətəndaşların aldadılaraq pul vəsaitlərinin ələ keçirilməsi ilə bağlı polisə müraciətlər daxil olub. Keçirilmiş tədbirlər nəticəsində dələduzluq etməkdə şübhəli bilinən 25 yaşlı V.Qədirli müəyyən edilərək saxlanılıb. Toyuqlu pizza

Araşdırmalar zamanı məlum olub ki, V.Qədirli sosial şəbəkələrdə kosmetik vasitələri dəyərindən aşağı qiymətlərlə təklif edib. Ödənişi aldıqdan sonra isə zərərçəkənlərlə əlaqəni kəsərək onların telefon nömrələrini bloklayıb.

Faktla bağlı araşdırma davam etdirilir.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!