Türkiyədə “Sözcü TV” telekanalının binasında polis əməliyyatı keçirilib.
"Yeni Sabah" xəbər verir ki, kanalın və xəbər saytının idarəçiliyinə qəyyum təyin olunub.
Bina ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib. Online alış-veriş
Əməliyyat çərçivəsində şirkətin İdarə Heyətinin sədri Funda Tuncer Sıdalı və keçmiş baş direktoru Asım Akgül saxlanılıblar.
“Sözcü” Media Qrupunun vəkili Ersan Barkın bildirib ki, telekanala və “sozcu.com.tr” xəbər saytına Türkiyənin Əmanətlərin Sığortalanması Fondu (TMSF) qəyyum təyin edib.
Vəkilin sözlərinə görə, qərar əvvəllər məhkəmə baxışından keçmiş cinayət işi ilə əlaqədardır.
Barkın iddia edib ki, axtarışlar Ali Kassasiya Məhkəməsinin (Yargıtay) daha əvvəl qanun pozuntusu müəyyən etmədiyi iş əsasında İstanbul Baş Prokurorluğunun təşəbbüsü ilə həyata keçirilir.
O vurğulayıb ki, qəyyum təyin edilməsi barədə qərar hazırda yalnız “Sözcü TV” telekanalını və “sozcu.com.tr” saytını əhatə edir.
Telegram kanalımız