Şahin Əliyev vəfat etdi   - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Şahin Əliyev vəfat etdi - FOTO

Sosial

16 Noyabr 2026 21:32 63


Sumqayıt Tibb Mərkəzinin həkimi Şahin Əliyev vəfat edib.

"Yeni Sabah" xəbər verir ki, Sumqayıt Tibb Mərkəzinin 7 nömrəli Ailə Sağlamlıq Mərkəzinin ailə həkimi-terapevti Şahin Əliyev dünyasını dəyişib.

Qeyd edək ki, 1978-ci ildə Sumqayıt şəhərində anadan olan Şahin Əliyev 1995-2001-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb. 2001-2002-ci illərdə 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanasında terapiya üzrə internatura təhsili alıb. İnternet mağaza

2002-2022-ci illərdə Sumqayıt 3 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında sahə həkimi vəzifəsində çalışıb. 2022-ci il yanvarın 4-dən etibarən isə 7 nömrəli Ailə Sağlamlıq Mərkəzində ailə həkimi-terapevti kimi fəaliyyət göstərib.

Məlumata görə, Şahin Əliyev müalicə aldığı xəstəxanada vəfat edib.

Xatırladaq ki, ötən gün "Caspian International Hospital"ın təcili tibbi yardım həkimi Vüqar Vahid oğlu İbrahimov vəfat edib. Onun infarkt keçirərək öldüyü bildirilir./Oxu.az


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!