Azərbaycan futbol millisinin kapitanı Emin Mahmudova yığmanın heyətində sonuncu - 66-cı oyununa çıxması münasibətilə xüsusi forma təqdim olunub.
"Yeni Sabah" xəbər verir ki, AFFA-nın baş katibi Cahangir Fərəcullayev Andorra ilə yoldaşlıq görüşünün start fitindən əvvəl futbolçuya üzərində 66 rəqəmi yazılmış forma hədiyyə edib.
Qeyd edək ki, 2016-cı ildən Azərbaycan millisinin şərəfini qoruyan "Neftçi"nin yarımmüdafiəçisi yığmanın heyətində keçirdiyi oyunlarda 15 qol vurub. Sərfəli qiymətə məhsullar
Emin Mahmudov bu göstərici ilə Qurban Qurbanova məxsus rekordu yeniləyərək Azərbaycan millisinin tarixində ən çox qol vuran futbolçu adına sahib olub./Oxu.az
Telegram kanalımız