“Məni vursalar, sizin də axırınız çatacaq” - Tramp

saytların hazırlanması

Evə çatdırılma

“Məni vursalar, sizin də axırınız çatacaq” - Tramp

Siyasət

16 Noyabr 2026 22:31 44


ABŞ Prezidenti Donald Tramp İranın pilotsuz uçuş aparatları (PUA) ilə ona qarşı mümkün hücumu barədə suala zarafatla cavab verib.

“Yeni Sabah” xəbər verir ki, Ağ Ev qarşısında keçirilən brifinqdə jurnalistlərdən biri Trampdan mümkün hücumla bağlı narahat olub-olmadığını soruşub.

“Mən sizə görə narahatam. Çünki onlar məni vursalar, sizin də axırınız çatacaq”, – deyə ABŞ lideri zarafatla bildirib. Onlayn mağaza

Qeyd edək ki, “Israel Hayom” qəzetinin məlumatına görə, İsrailin “Mossad” kəşfiyyat xidməti İranın Trampa və digər amerikalı rəsmilərə qarşı sui-qəsd hazırladığı barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsini (CIA) xəbərdar edib. İddia olunur ki, Tehran bu məqsədlə partlayıcı maddələrlə təchiz edilmiş PUA-lardan istifadə edə bilər.

Məlumata əsasən, ABŞ-nin maliyyə naziri Skott Bessent, dövlət katibi Marko Rubio və Pentaqon rəhbəri Pit Heqset mühafizə olunan obyektlərə yerləşdirilib. Trampın ictimai çıxışlarına da məhdudiyyətlər tətbiq edildiyi bildirilir./Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!