Naxçıvana benzin qıtlığı yarandı?   - RƏSMİ AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvana benzin qıtlığı yarandı? - RƏSMİ AÇIQLAMA

Sosial

16 Noyabr 2026 21:21 111


Azərbaycanın digər bölgələri ilə yanaşı, Naxçıvan Muxtar Respublikasına da avtomobil benzininin daşınması daimi olaraq mövcud tələbata və ehtiyaca uyğun, tam sistemli formada həyata keçirilir.

"Yeni Sabah" xəbər verir ki, bu barədə APA-ya Naxçıvan Muxtar Respublikasında avtomobil benzini qıtlığının yaşandığı ilə bağlı yayılan məlumatlara dair sorğuya cavab olaraq “SOCAR PETROLEUM” QSC-dən bildirilib.

"Naxçıvan Muxtar Respublikasında avtomobil benzininin təchizatı və tədarük həcmləri ilə bağlı səsləndirilən suallara cavab olaraq bildiririk ki, yanacaq tədarükündə hər hansı azalma və ya gecikmə qeydə alınmamışdır. Bakıda online alış-veriş

İddiaların əksinə olaraq, Bakıdan Naxçıvana yanacağın daşınmasında logistik və ya sistemli bir problem mövcud deyil. Digər bölgələrimizlə yanaşı, Naxçıvan Muxtar Respublikasına da daşınma daimi olaraq mövcud tələbata və ehtiyaca uyğun, tam sistemli formada həyata keçirilir. Gündəlik və aylıq tədarük həcmləri regionun yanacaq tələbatını tam qarşılayacaq səviyyədə tənzimlənir", - QSC-dən bildirilib.

Qeyd olunub ki, mövcud təchizat zəncirində heç bir qıtlıq və ya fasilə yoxdur. Yanacağın növbəti partiyalarının Naxçıvana çatdırılması müəyyən edilmiş təchizat qrafikinə uyğun olaraq, ardıcıl şəkildə icra edilməkdədir.

“SOCAR PETROLEUM” QSC ölkənin bütün regionlarında, o cümlədən Naxçıvan Muxtar Respublikasında istehlakçıların keyfiyyətli və fasiləsiz yanacaqla təmin olunması istiqamətində fəaliyyətini uğurla davam etdirir", - məlumatda vurğulanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!