Hikmət Hacıyev Maqdalena Qrono ilə Azərbaycan-Aİ tərəfdaşlığını müzakirə etdi

saytların hazırlanması

Evə çatdırılma

Hikmət Hacıyev Maqdalena Qrono ilə Azərbaycan-Aİ tərəfdaşlığını müzakirə etdi

Siyasət

16 Noyabr 2026 23:51 41


Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono ilə görüşüb.

"Yeni Sabah" xəbər verir ki, H.Hacıyev bu barədə "X" hesabında yazıb.

"Azərbaycan-Aİ tərəfdaşlığını, onun inkişaf edən əməkdaşlıq gündəliyini, həmçinin əsas regional və beynəlxalq prosesləri müzakirə etmək məqsədilə Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə Aİ-nin xüsusi nümayəndəsi xanım Maqdalena Qrono ilə görüşdən məmnun oldum. Sərfəli qiymətə məhsullar

Enerji təhlükəsizliyi, nəqliyyat və logistika əlaqələrinin inkişafı və regional sabitlik də daxil olmaqla qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi apardıq", - H.Hacıyev qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!