Ermənistanda böyük korrupsiya: Vəzifəli şəxslər həbs edildilər

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda böyük korrupsiya: Vəzifəli şəxslər həbs edildilər

Dünya

16 Noyabr 2026 21:59 56


Ermənistan Dövlət Gəlirləri Komitəsinin və Ədliyyə Nazirliyinin Məcburi İcra Xidmətinin əməkdaşları korrupsiya ittihamı ilə saxlanılıblar.

"Yeni Sabah" xəbər verir ki, bu barədə ölkənin Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.

Cinayət işi bir qrup vəzifəli şəxsin külli miqdarda - 20 milyon dram (təxminən 95 120 manat) rüşvət alması, vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, həmçinin xüsusilə külli miqdarda vergidən yayınma halları ilə bağlıdır. Məişət texnikası

"Ədliyyə Nazirliyinin Məcburi İcra Xidmətinin və Dövlət Gəlirləri Komitəsinin vəzifəli şəxsləri də daxil olmaqla, bir sıra şəxslər saxlanılıblar", - deyə komitənin məlumatında bildirilib.

Cinayət işi ilə bağlı digər təfərrüat hələlik açıqlanmayıb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!