Bu şəxslər dövlət qulluqçusu ola bilməyəcək

saytların hazırlanması

Evə çatdırılma

Bu şəxslər dövlət qulluqçusu ola bilməyəcək

Siyasət

16 Noyabr 2026 16:30 300


Din xadimləri, başqa dövlətin vətəndaşlığını qəbul etmiş və ya digər dövlətlər qarşısında öhdəliyi olan şəxslər dövlət qulluğu vəzifəsi tuta bilməyəcəklər.

“Yeni Sabah” xəbər verir ki, bu məhdudiyyətlər Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı Dövlət Qulluğu Məcəlləsində əksini tapıb.

Məcəlləyə əsasən, aşağıdakı şəxslərin də dövlət qulluğu vəzifəsi tutmasına yol verilmir: İnternetdən sifariş

- fəaliyyət qabiliyyətinin olmaması və ya məhdud olması məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiqlənmiş şəxslər;

- məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər;

- barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan şəxslər;

- müəyyən edilmiş siyahıdakı xəstəliklərə görə dövlət orqanlarında qulluq keçməyə uyğun olmayan şəxslər.

Qulluq funksiyalarını və vəzifələrini yerinə yetirmədiyinə və ya lazımi şəkildə yerinə yetirmədiyinə, həmçinin müəyyən edilmiş məhdudiyyətlərə əməl etmədiyinə görə dövlət qulluğuna xitam verilmiş şəxslər isə altı ay ərzində dövlət qulluğu vəzifəsi tuta bilməyəcəklər.

İndiyədək qüvvədə olan “Dövlət qulluğu haqqında” Qanunda da fəaliyyət qabiliyyəti, məhkumluq və tibbi xarakterli məcburi tədbirlərlə bağlı məhdudiyyətlər nəzərdə tutulurdu. Qanunda bilavasitə tabeliyində və ya nəzarəti altında işləyəcəyi dövlət qulluqçusu ilə yaxın qohumluq və ya qudalıq əlaqəsi olan şəxslərin qulluğa qəbuluna da məhdudiyyət qoyulurdu.

Qeyd edək ki, yeni Məcəllədə dövlət qulluğunda olmanın yaş həddi ilə bağlı 65 yaş məhdudiyyəti də saxlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!