Bakı şəhərinin Binəqədi rayonu, Atatürk prospektində yerləşən obyektdə yanğın başlayıb.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Yanğın səbəbindən bu yolda nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılıb. Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. Onlayn mağaza
"Prospekt ilə Əcəmi Naxçivani küçəsinin kəsişməsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılıb. Hazırda polis və aidiyyəti qurumun əməkdaşları tərəfindən ərazidə zəruri tədbirlər görülür", - məlumatda qeyd edilib.
Telegram kanalımız