Sumqayıt istiqamətində hərəkət edən sərnişinlər üçün   YENİLİK

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıt istiqamətində hərəkət edən sərnişinlər üçün YENİLİK

Sosial

24 Sentyabr 2026 19:04 793


Vətəndaşlara rahat və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədilə metronun "20 Yanvar" stansiyasının yaxınlığında, Sumqayıt istiqamətində hərəkət edən ekspres marşrutların başlanğıc məntəqəsində yeni dayanacaq pavilyonu quraşdırılıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, pavilyonların quraşdırılması Moskva prospektində, "20 Yanvar" dairəsindən "Şamaxinka" adlanan əraziyə gedən yolda yerləşən cib tipli dayanacaq məntəqəsində də həyata keçirilir. Ərazidə səki infrastrukturu təşkil olunmaqla dörd pavilyon quraşdırılır. pizza mizza

Eyni zamanda, "Şamaxinka" adlanan ərazidə metronun "20 Yanvar" stansiyası istiqamətində sərnişin axınının artması nəzərə alınaraq mövcud iki dayanacaq pavilyonunun yanında daha bir pavilyonun quraşdırılmasına başlanılıb.

Beləliklə, vətəndaşların rahatlığı üçün Moskva prospektində ümumilikdə altı yeni müasir dayanacaq təşkil edilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!