Sumqayıt şəhərində qətl hadisəsi baş verib.
"Yeni Sabah" xəbər verir ki, hadisə şəhərin Kimyaçılar qəsəbəsində qeydə alınıb.
İlkin məlumata əsasən, 1994-cü il təvəllüdlü Urfan Baxışov tanışı tərəfindən qətlə yetirilib. pizza mizza
Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır, hadisənin başvermə səbəbləri və digər detalları müəyyənləşdirilir./Report
Telegram kanalımız